Pleyeri seçin:

"Dedi, qəsdən etməmişəm ki..." | Yolda anidən necə başınıza iş açıla bilər? - Baku TV

31 avqust 2026 55 baxış

Magistral yollarda və şəhər küçələrində hərəkət edən sürücülərin qarşılaşdığı problemlərdən biri də qarşıdakı avtomobildən düşən daş və çınqılların digər nəqliyyat vasitələrinə ziyan vurmasıdır.

Xüsusilə yük avtomobillərindən düşən daş, çınqıl və digər əşyalar arxadan hərəkət edən avtomobilə ciddi zərər yetirə bilər. Belə hallarda isə sürücülər dəymiş ziyanın kim tərəfindən qarşılanmalı olduğunu bilmirlər.

Sürücülərdən biri də bu problemlə qarşılaşdığını bildirib.

“Qobustana gedərkən yük maşınının üstündən düşən çınqıl daş ön şüşəmə dəydi və çat əmələ gəldi. 1460 manat xərci var. Yük maşınının sürücüsü də dedi ki, qəsdən etməmişəm, bu, maşının üzərindən düşən daşdır, ona mən cavabdeh deyiləm”, – deyə sürücü qeyd edib.

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, belə vəziyyətlərdə ilk növbədə hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bəzi hallarda tərəflər məsələnin həlli ilə bağlı öz aralarında razılığa da gələ bilərlər.

“Belə halda dəymiş ziyan zərər vuran şəxs tərəfindən qarşılanmalıdır. Əks halda, hadisənin yol-nəqliyyat hadisəsi kimi rəsmiləşdirilməsi üçün polisə müraciət etmək lazımdır”, – deyə ekspert vurğulayıb.

Qeyd edək ki, daş avtomobilin yükündən düşübsə və bunun nəticəsində digər nəqliyyat vasitəsinə ziyan dəyibsə, yükün təhlükəsiz daşınmasına cavabdeh olan şəxs məsuliyyət daşıya bilər.

Digər bir məsələ isə daşın yolun üzərində olması və qarşıdakı avtomobilin təkərinin təsiri ilə sıçrayaraq arxadakı nəqliyyat vasitəsinə dəyməsidir. Ekspertlərin sözlərinə görə, belə hallarda daşın yola necə düşdüyü, hadisənin hansı səbəbdən baş verdiyi və digər hallar araşdırılmalıdır. Əgər yolun vəziyyətinin müəyyən edilmiş normativ tələblərə uyğun olmadığı və avtomobilə dəyən zərərin məhz bunun nəticəsində yarandığı müəyyənləşərsə, yol təsərrüfatına cavabdeh qurumun məsuliyyətə cəlb edilməsi məsələsi də gündəmə gələ bilər.

Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV CANLI

Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV CANLI

Cəmiyyət
31 avqust 2026 55 baxış
"Mən kişi kimi onun pulunu verərəm" | Turizm şirkətləri vətəndaşları aldadır? - Baku TV

"Mən kişi kimi onun pulunu verərəm" | Turizm şirkətləri vətəndaşları aldadır? - Baku TV

Cəmiyyət
31 avqust 2026 55 baxış
"Kim mən bişirəndən yeyirsə, bir də gəlir" | Turistlərin ürəyi getdiyi Quba qutabı - Baku TV

"Kim mən bişirəndən yeyirsə, bir də gəlir" | Turistlərin ürəyi getdiyi Quba qutabı - Baku TV

Cəmiyyət
31 avqust 2026 55 baxış
Sentyabrın ilk günündə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Sentyabrın ilk günündə hava kəskin dəyişəcək? - Baku TV CANLI

Cəmiyyət
31 avqust 2026 55 baxış
"Əli çatmır, deyir ki, pisdir!" | "8-ci km bazarı”ında qiymətlər necədir? - Baku TV

"Əli çatmır, deyir ki, pisdir!" | "8-ci km bazarı”ında qiymətlər necədir? - Baku TV

Cəmiyyət
31 avqust 2026 55 baxış
Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV

Masazırda duz yığımı dayanıb? | Duz gölündə gözlənilməz dəyişiklik - Baku TV

Cəmiyyət
31 avqust 2026 55 baxış
"8-ci km bazarı"ndakı qiymətlər əhalini çətin vəziyyətdə qoyur? - Baku TV CANLI

"8-ci km bazarı"ndakı qiymətlər əhalini çətin vəziyyətdə qoyur? - Baku TV CANLI

Cəmiyyət
31 avqust 2026 55 baxış
Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? - Baku TV

Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir? - Baku TV

Cəmiyyət
31 avqust 2026 55 baxış
Sinə ağrısından başqa hansı əlamətlər infarkta işarə edə bilər?

Sinə ağrısından başqa hansı əlamətlər infarkta işarə edə bilər?

Cəmiyyət
31 avqust 2026 55 baxış
Şəkidə itlər turistə ağır xəsarətlər yetirdi | Zərərçəkən şəxs təxliyə edildi - Baku TV

Şəkidə itlər turistə ağır xəsarətlər yetirdi | Zərərçəkən şəxs təxliyə edildi - Baku TV

Cəmiyyət
30 avqust 2026 55 baxış
Seçilmişlər
icon