Pleyeri seçin:

Əsl narsist kimdir? | Sakinlər suala necə cavab verdi? - Baku TV

30 avqust 2026 36 baxış

Hər addımbaşı cəmiyyətdə və sosial şəbəkələrdə “narsist” sözünə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən, daim diqqət gözləyən hər kəsi asanlıqla narsist adlandırırlar.

Bəs özünə güvənən hər şəxsi narsist adlandırmaq düzgündürmü?

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

“Narsist insanlar ancaq özünü birinci görür. Qarşısındakı insanın fikri ona maraqlı deyil. Manipulyasiya edir”, – sakinlərdən biri deyib.

“Ən çox kişilərdə bunu eşitmişəm, amma qadınlarda da var. İnsan çox hörmət və sevgi görməyəndə artıq özünə söz verir ki, mən dəyişəcəyəm və insanlara ikinci dərəcəli baxacağam”, – başqa bir sakin bildirib.

Bəs əsl narsist kimdir?

Psixoloq Rəxşan Əli Əzimzadənin sözlərinə görə, narsisizmin əsas xüsusiyyətləri arasında tənqidə dözümsüzlük, empatiyanın zəif olması və bəzən insanlardan öz məqsədləri üçün sui-istifadə etmək yer alır:

“Amma burada çox vacib məsələ budur ki, özünə güvənən hər insan narsist deyil. Narsist başqasını əzən insandır. Sağlam özünə sevgi deyir ki, mən dəyərliyəm. Amma narsist birisi deyir ki, mən səndən daha dəyərliyəm və səni aşağı təbəqədə görür.

Psixologiyada biz davamlı davranış modelinə baxmalıyıq. Müəyyən narsistik xüsusiyyətlər hər bir insanda ola bilər. Təriflənməkdən xoşlanmaq, uğur qazandıqda fəxr etmək normaldır. Narsisizmdə isə bunlar həddindən artıq böyüdülür. Münasibətin əvvəlində belə insan çox cazibədar görünə bilər. Sizi çox xüsusi hiss etdirə, hətta idealizə edə bilər. Münasibət dərinləşdikcə isə diqqət və təsdiq ehtiyacı, tənqidə dözümsüzlük ortaya çıxır. “Başqası kimdir ki, o mənə bu sözləri desin?” düşüncəsi yarana bilər. Bununla yanaşı, empatiyanın zəifliyi, manipulyativ cümlələrdən istifadə, emosional təzyiq və nəzarət etmək istəyi də özünü göstərə bilər”.

Kopyalandı
Avqustun 31-i Bakı və bölgələrdə hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Avqustun 31-i Bakı və bölgələrdə hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
30 avqust 2026 36 baxış
Diyetoloqlardan xəbərdarlıq

Diyetoloqlardan xəbərdarlıq

Cəmiyyət
30 avqust 2026 36 baxış
Zərərçəkən kişilərin sayına görə bu ərazi birinci yerdədir - Baku TV

Zərərçəkən kişilərin sayına görə bu ərazi birinci yerdədir - Baku TV

Cəmiyyət
30 avqust 2026 36 baxış
FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI

FHN xəbərdarlıq etdi: Bu ərazilərdən uzaq durun - Baku TV CANLI

Cəmiyyət
30 avqust 2026 36 baxış
Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV

Sürücülər bu hava şəraitinə hazır olsun | BDYPİ-dən sürücülərə çağırış - Baku TV

Cəmiyyət
30 avqust 2026 36 baxış
Medianın İnkişafı Agentliyi milli icmalarla bağlı açıqlama verdi - Baku TV

Medianın İnkişafı Agentliyi milli icmalarla bağlı açıqlama verdi - Baku TV

Cəmiyyət
30 avqust 2026 36 baxış
Bakıxanovda təhlükə yaradan ağac niyə hələ də götürülməyib? | Sakinlər şikayətçidir - Baku TV

Bakıxanovda təhlükə yaradan ağac niyə hələ də götürülməyib? | Sakinlər şikayətçidir - Baku TV

Cəmiyyət
29 avqust 2026 36 baxış
Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətirdi - Baku TV

Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətirdi - Baku TV

Cəmiyyət
29 avqust 2026 36 baxış
Ağac aşsa, ağır nəticə ola bilər? | Sakinlər tədbir görülməsini istəyir - Baku TV

Ağac aşsa, ağır nəticə ola bilər? | Sakinlər tədbir görülməsini istəyir - Baku TV

Cəmiyyət
29 avqust 2026 36 baxış
"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

"Deyirlər ki, sən sağlamsan" | Sağlamlıqla bağlı sənədlər təqdim edilib, qərar isə... - Baku TV

Cəmiyyət
29 avqust 2026 36 baxış
Seçilmişlər
icon