Pleyeri seçin:

"Kupça" yoxdur, abonentlik yoxdur | "Biz havada yaşayırıq" | Sakinlərin qeydiyyat problemi - Baku TV

29 avqust 2026 268 baxış

Xətai rayonu, Rüstəm Əliyev küçəsi, 43 ünvanında yerləşən binanın sakinləri mənzillərə çıxarışın verilməməsindən və kommunal xidmətlərin qeyri-əhali tarifi ilə hesablanmasından narazıdırlar.

Sakinlərin sözlərinə görə, 2019-cu ildən mənzillərində məskunlaşsalar da, indiyədək qaz və elektrik enerjisi üzrə əhali abonenti kimi qeydiyyata alına bilməyiblər. Nəticədə, kommunal xidmətlərə görə ödənişlər əhali tarifi ilə deyil, qeyri-əhali tarifi ilə hesablanır. Sakinlər bildirirlər ki, illərdir aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Bununla yanaşı, mənzillərə çıxarış almaq da mümkün olmur.

Vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

“Şikayətimiz “Ocaq” MTK ilə bağlıdır. Bina 2019-cu ildə təhvil verilib və hazırda mənzillərin təxminən 80 faizində yaşayış var. Hazırda binanın kommunal xətləri hüquqi şəxsin adına olduğuna görə işıq və qaz üçün ödənişləri qeyri-əhali tarifi ilə edirik və bu da büdcəmizə ciddi zərər vurur”, – onlardan biri söyləyib.

Digər bir sakin isə bildirib:

“Neçə ildir binaya çıxarış ala bilmirik. Səbəblər çoxdur, tikinti şirkəti kommunal infrastrukturla bağlı öhdəliklərini yerinə yetirməyib. Faktiki olaraq illərdir mülkiyyət sənədi olmadan yaşamaq məcburiyyətində qalmışıq”.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 268 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 268 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 268 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 268 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 268 baxış
Seçilmişlər
icon