Avqustun 31-i Bakı və bölgələrdə hava necə olacaq? | Hava haqqında məlumat - Baku TV
Avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı, yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, 31-i axşam isə yağışın intensiv və qısamüddətli güclü olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında da sentyabrın 1-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda suyun səviyyəsinin artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
#Milli Hidrometeorologiya Xidməti teqi istifadə olunub
- Bakıda yaşayanlara hava ilə bağlı vacib xəbərdarlıq - Baku TV CANLI
- Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək - Baku TV CANLI
- Yay havaları geridə qalır? | Ölkə ərazisində hava necə olacaq? - Baku TV CANLI
- Əhalinin nəzərinə | Hansı ərazilərdə hava kəskin dəyişəcək? - Baku TV CANLI
- Meteoroloqlar açıqladı | Sabah havanın dəyişəcəyi gözlənilir - Baku TV
