Pleyeri seçin:

Astarada torpaq sürüşməsi | Yolun bir hissəsi çökdü - Baku TV

07 fevral 2026 437 baxış

Astara rayonunun Vaqo kəndində torpaq sürüşməsi baş verib.

Pensərçayın Vaqo kəndindən keçən hissəsində qurulan beton bəndlər torpaq qatı ilə birlikdə dağılaraq çaya tökülüb. Nəticədə, kənddaxili yolun bir hissəsi ikiyə bölünüb.

“Beton panellər uzun illərdir ki, qoyulub. Ekskavator torpağı qazdı, hadisə də buna görə baş verdi”, – sakinlərdən biri söyləyib.

Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sürüşmə səhər saat 07:20 radələrində qeydə alınıb:

“Çayda su sərfiyyatı güclü olmadığı üçün sel təhlükəsi yoxdur. Lakin torpaq eroziyaya uğrayıb və nəticədə, 1972-ci ildə tikilmiş bəndlərdən 17-si çaya aşıb. Digər 5 bəndə isə ciddi ziyan dəyib. Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri dərhal əraziyə cəlb olunub. Hazırda İdarəyə məxsus ekskavator vasitəsilə çayın məcrası dəyişdirilir ki, həmin əraziyə daxil olub bəndlərin ətrafı təmizlənsin və görülən tədbirlər nəticəsində təhlükənin qarşısı alınsın”.

Qeyd edək ki, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət ciddi nəzarət altındadır.

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 437 baxış
Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Xətai rayonunda dəhşətli yanğın | FHN qüvvələri hadisə yerində - Baku TV CANLI

Hadisə
09 avqust 2026 437 baxış
Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Sumqayıtda binada yanğın | Sakinlər təxliyə edildi - Baku TV CANLI

Hadisə
09 avqust 2026 437 baxış
Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Qalmaqallı prosesin detalları | Səfərbərlik Xidmətinin əməkdaşları nədə ittiham olunurlar? - Baku TV

Hadisə
09 avqust 2026 437 baxış
Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

Hadisə
08 avqust 2026 437 baxış
Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 437 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 437 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 437 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 437 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 437 baxış
Seçilmişlər
icon