Pleyeri seçin:

Toy mahnısı ilə əməliyyat edən həkimə görə təcili tədbir | Baku TV çəkdi, nazirlik hərəkətə keçdi

08 avqust 2026 209 baxış

Bir müddət əvvəl Baku TV LOR həkim Rauf Haqverdiyev tərəfindən sosial şəbəkələrdə paylaşılan və geniş müzakirəyə səbəb olan əməliyyat görüntüləri ilə bağlı material hazırlamışdı.

Görüntülərdə əməliyyat zamanı çəkiliş aparılması, yüksək səslə musiqinin səsləndirilməsi və həkimin kameraya baxaraq müdaxiləni davam etdirməsi diqqət çəkmişdi. Hazırlanan materialdan sonra Səhiyyə Nazirliyi məsələni nəzarətə götürüb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi mediada yayılan məlumatları əsas götürərək avqustun 4-də görüntülərin çəkildiyi “Vimay-Med” MMC-də plandankənar yoxlama keçirib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əməliyyat otağında reklam və sosial şəbəkələr üçün bu cür çəkilişlərin təşkilinə görə klinika rəhbərliyinə rəsmi xəbərdarlıq edib və belə halların təkrarlanacağı təqdirdə qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyini bildirib.

Amma yoxlama bununla yekunlaşmayıb. Klinikanın lisenziya şərtlərinə əməl etmədiyi, bir sıra ixtisaslar üzrə təsdiq olunmuş iş qrafikində həkim-mütəxəssislərin olmadığı müəyyənləşib.

Bundan başqa, bəzi otaqlardan təyinatına uyğun istifadə edilmədiyi, tibbi avadanlıqların uyğun olmayan otaqlarda yerləşdirildiyi, sanitariya-epidemioloji tələblərin pozulduğu aşkarlanıb.

Laboratoriyalarda da bir sıra nöqsanlar qeydə alınıb. Cihazlar üzrə iş təlimatlarının olmaması, biomaterial və reagentlərin eyni soyuducuda saxlanılması, ilkin tibbi yardım çantasının lazımi qaydada təchiz edilməməsi və işçilərin fərdi mühafizə vasitələri ilə tam təmin olunmaması müəyyən edilib.

Tibbi tullantıların çeşidlənmədən toplanılması, işçilərin dövri tibbi müayinədən keçməsini təsdiq edən sənədlərin təqdim edilməməsi də yoxlama zamanı aşkarlanan pozuntular sırasındadır.

Ən ciddi nöqsanlardan biri isə dezinfeksiya və sterilizasiya prosesləri ilə bağlı olub. Alətlərin çirkli məhlullarla birlikdə saxlanıldığı, bəzi steril alətlərin digər əşyalarla birlikdə yerləşdirildiyi müəyyən edilib.

Bundan başqa, sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılan həkim, lisenziyada nəzərdə tutulmayan üz-çənə cərrahiyyəsi fəaliyyəti, yararlılıq müddəti bitmiş tibbi vasitələrin saxlanılması və bəzi dərmanların saxlama qaydalarının pozulması da aşkar edilib.

Tibbi sənədlərdə də uyğunsuzluqlar müəyyənləşib. Belə ki, xəstələrin məlumatları ilə onların xəstəlik tarixçələri və qeydiyyat jurnallarında göstərilən diaqnozlar və həkim adları arasında fərqlər aşkarlanıb.

Aşkar olunan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə təqdim edilib.

Klinikaya aşkarlanmış nöqsanların aradan qaldırılması üçün 15 iş günü vaxtı verilib. Müəyyən olunan müddət başa çatdıqdan sonra görülən tədbirlər barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə məlumat verilməsi tələb edilib.

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 209 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 209 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 209 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 209 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 209 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 209 baxış
Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Asfalt çatladı, yol sürücülər üçün təhlükəyə çevrildi | Quba–Qonaqkənd yolunda son durum - Baku TV

Hadisə
22 sentyabr 2026 209 baxış
Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Maştağada partlayışa görə evə ziyan dəyib, iki nəfər xəsarət alıb

Hadisə
22 sentyabr 2026 209 baxış
COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 209 baxış
"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

"Xəbəri olmadan mətbəxə girib, elə o anda..." | Maştağada qorxulu partlayış: 2 nəfər... - Baku TV

Hadisə
22 sentyabr 2026 209 baxış
Seçilmişlər
icon