Pleyeri seçin:
Axtarışda olan şəxs polisə müqavimət göstərdi | Hadisə ilə bağlı təcili məlumat
Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 24-də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Fərid Əlizadə saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə atəş açılıb.
Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib. Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Kopyalandı
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Motosiklet təcili tibbi yardım maşını ilə toqquşdu - Baku TV
- "Olsa, alardım" - Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? - Baku TV
- Hamı bayram süfrəsində, onlar isə... - Gücləndirilmiş rejimdə çalışan DİN və FHN əməkdaşları
- Valideyn himayəsindən məhrum olan uşaqlara və polis əməkdaşlarına həsr olunan video - Baku TV
- Yediyimiz toyuğa "zəhər" qatırlar | İşsizlərdən pul alınacaq? | Başımızı necə aldadırlar? - XÜLASƏ
