Avtobusda cibgirlik etdiyi an kameraya düşdü - Baku TV
Bakı şəhərində fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinin içərisində 200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cibgirlik etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan 44 yaşlı Cəlaləddin Abdullazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxsin avtobusda törətdiyi cibgirlik əməli təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
“Vətəndaşlara ictimai nəqliyyatda olarkən diqqətli olmaları, şəxsi əşyalarını nəzarətdə saxlamaları və sıxlıq olan yerlərdə ehtiyatlı davranmaları tövsiyə olunur. Bu kimi hallarla qarşılaşdıqda və ya şübhəli şəxslər gördükdə dərhal polisə məlumat vermələri xahiş olunur”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.
#Cibgirlik teqi istifadə olunub
