Pleyeri seçin:

Dostundan maşın oğurlayıb başına oyun açdı? - "Üstünə rus nömrəsi vurub ki..." - Baku TV

30 aprel 2026 303 baxış

Lizinq yolu ilə satılan avtomobil sonradan mübahisə predmetinə çevrilib.

Belə ki, “Massi” MMC tərəfindən Elvin Hüseynliyə təqdim edilən nəqliyyat vasitəsi üzrə bir müddət ödənişlər həyata keçirilsə də, sonradan köçürmələr dayandırılıb. Müştəri isə avtomobilinin oğurlandığını iddia edib. Lakin şirkətin apardığı araşdırma zamanı məlum olub ki, sözügedən avtomobil hazırda Elvin Hüseynlinin dostu Alim Şükürovun istifadəsindədir.

İddialara görə, nəqliyyat vasitəsinin GPS izləmə cihazı sökülüb, dövlət qeydiyyat nişanları isə dəyişdirilərək saxta nömrə ilə istifadə olunur.

“Massi” MMC-nin əməkdaşı Aytac Qafarova bildirib ki, 2025-ci il aprelin 15-də Elvin Hüseynliyə “Malibu” markalı avtomobil satılıb:

“Daha sonra noyabr ayına qədər müştəri ödənişləri vaxtında edib. Lakin noyabrda gecikmə yarandı və bu səbəbdən kredit şöbəmiz həmin şəxslə əlaqə saxladı. O isə bildirdi ki, avtomobil dostu tərəfindən oğurlanıb. Biz həmin şəxsi axtarmağa davam etdik və onun Lənkəranda yaşadığını müəyyən etdik. O, əvvəlcə avtomobilin onda olmadığını desə də, GPS məlumatları əsasında nəqliyyat vasitəsinin yerləşdiyi ərazi və cihazın söküldüyü yer müəyyən olundu. Daha sonra həmin şəxs bizə 5 min manat müqabilində avtomobili qaytara biləcəyini, əks halda isə özünə zərər yetirəcəyini, hətta avtomobili yandıracağını bildirdi.

Biz prokurorluğa müraciət etdikdən sonra Elvin Hüseynli bizimlə əlaqə saxlayaraq avtomobili tapdığını dedi. Bildirdi ki, nəqliyyat vasitəsi Lənkərandadır və üzərinə saxta, guya Rusiya qeydiyyat nişanı vurularaq idarə olunur”.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

FHN “Torqovı”da yanğının baş verdiyi ərazidə | Anbaan görüntülər - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

"Torqovı"da baş verən güclü yanğın barədə FHN-dən açıqlama - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Tiktoker "Arzum"un növbəti məhkəməsi yekunlaşdı | Hansı qərar verildi? - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Əşyalar belə çıxarılır | "Torqovı"da yanğının olduğu ərazidə son vəziyyət - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Paytaxtın mərkəzində baş verən yanğınla bağlı FHN -dən təcili məlumat - Baku TV CANLI

Hadisə
07 avqust 2026 303 baxış
Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Bakının mərkəzində qorxulu anlar yaşanır | Yanğının olduğu ərazidən bağlantı - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Tiktoker "Arzum" yenidən məhkəmədə | Əməkdaşımız məlumatları açıqladı - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
“Torqovı”da güclü yanğın | Hadisə yerində son vəziyyət - Baku TV CANLI

“Torqovı”da güclü yanğın | Hadisə yerində son vəziyyət - Baku TV CANLI

Hadisə
07 avqust 2026 303 baxış
Tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti proses keçirilir - Baku TV

Tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti proses keçirilir - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV

Cəlilabadda dəhşətli qəza | İçində körpə olmaqla 4 nəfər xəsarət alıb - Baku TV

Hadisə
07 avqust 2026 303 baxış
Seçilmişlər
icon