Pleyeri seçin:

Gəncə məktəbində qanla bitən qorxunc hadisə: 9-cu sinif şagirdi... - Baku TV

30 aprel 2026 372 baxış

Gəncədə daha bir məktəbli insidenti qanla nəticələnib.

Hadisə aprelin 29-u günorta saatlarında şəhərin 9 saylı tam orta məktəbində şagirdlər arasında qeydə alınıb.

Məlumata görə, məktəbin səkkizinci sinfində oxuyan oğlan mübahisə zamanı doqquzuncu sinif şagirdinə kəsici alətlə xəsarət yetirib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, tibb müəssisəsinin nəzdində fəaliyyət göstərən uşaq xəstəxanasına 2011-ci il təvəllüdlü kişi cinsli şəxs daxil olub. Uşağa döş qəfəsinin kəsilmiş yarası diaqnozu qoyulub, zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Hər iki şagirdin valideynləri məktəbə dəvət olunub, onlarla profilaktik söhbət aparılıb.

Qeyd olunub ki, şagirdlərin fiziki və psixoloji vəziyyəti məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda sağlam psixoloji mühitin bərpası və stresin idarə olunması məqsədilə məktəbdə şagirdlər və pedaqoji heyətlə maarifləndirici görüşlərin keçirilməsi tapşırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Banner
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 372 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 372 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 372 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 372 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 372 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 372 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 372 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 372 baxış
Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Saxta zənglərlə necə milyonlar ələ keçirilirmiş? | Ukrayna DİN və KMBİ-dən birgə əməliyyat - Baku TV

Hadisə
03 noyabr 2026 372 baxış
Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Qanunsuz tikinti və deformasiyaya uğrayan konstruksiya | Faciənin səbəbləri nədir? - Baku TV

Hadisə
02 noyabr 2026 372 baxış
Seçilmişlər
icon