Hadisə
Pleyeri seçin:
AZAL-ın təyyarəsi Rusiya hava məkanında hücuma məruz qaldı | Detallar üzə çıxdı
Dekabrın 25-i səhər saatlarında “Pantsir-S” raketinin bir hissəsi Vladiqafqaz istiqamətində düşüb.
Bu barədə Rusiya mediası görüntülər paylaşıb.
İnformasiyaya görə, eynilə belə bir raket bloku Qroznının Şali rayonuna düşüb. Lakin Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması fonunda yayılan məlumatlardan sonra sözügedən görüntülər silinib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı istiqamətində uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Caliber.az-ın məlumatına görə, təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” Hava Hücumundan Müdafiə Sistemi tərəfindən hücuma məruz qalıb.
Kopyalandı
Seçilmişlər