Pleyeri seçin:

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

27 oktyabr 2026 26 baxış

Model sevgilisini döyərək xəsarət yetirməkdə təqsirləndirilən iş adamı Ziya Hüseynzadənin cinayət işinin məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışları bitdikdən sonra məhkəmə təqsirləndirilənə hökm elan edib.

Məhkəmənin hökmü ilə Ziya Hüseynzadə barəsində tövsif edilmiş Cinayət Məcəlləsinin müvafiq maddələri təsdiqini tapmadığı üçün ona bəraət verilib. Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 və 127-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Yekun olaraq Z.Hüseynzadə barəsində hazırda digər cinayət işi ilə bağlı mövcud olan 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası da üzərinə gələrək ümumilikdə 9 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

İttihamda qeyd olunur ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin 2021-ci il mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunub ki, Ziya Hüseynzadə Raziyyat Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək giriş qapısını zədələyib.

2017-ci ildə "Azərbaycan gözəli" seçilmiş model Raziyyat Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib.

Ziya Hüseynzadənin cinayət işi üzrə Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar.

Onu da qeyd edək ki, Ziya Hüseynzadə "PKF Audit Azerbaijan" MMC-yə rəhbərlik edir.

Banner
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 26 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 26 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 26 baxış
“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

“Səhərə kimi yata bilmirik...” | Sakinlər qorxu içində bu binada yaşayır - Baku TV

Hadisə
27 oktyabr 2026 26 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV

Hadisə
27 oktyabr 2026 26 baxış
Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT

Hadisə
26 oktyabr 2026 26 baxış
Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV

Hadisə
26 oktyabr 2026 26 baxış
Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI

Hadisə
26 oktyabr 2026 26 baxış
Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV

Hadisə
26 oktyabr 2026 26 baxış
Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR

Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR

Hadisə
26 oktyabr 2026 26 baxış
Seçilmişlər
icon