Azərbaycanda genişmiqyaslı narkotik əməliyyatı | Nələr üzə çıxdı?
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 175 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə, mütəşəkkil dəstənin daha 12 üzvü saxlanılıb.
Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.
Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- “Oraları da qar basıb, keçmək olmur” | Lənkəran-Lerik yolunda təhlükəli vəziyyət - Baku TV
- Bakıda oğurluq edən şəxslər ələ keçdi
- Motosiklet təcili tibbi yardım maşını ilə toqquşdu - Baku TV
- "Olsa, alardım" - Satışı qadağan olunan pirotexniki vasitələri haradan alırlar? - Baku TV
- Hamı bayram süfrəsində, onlar isə... - Gücləndirilmiş rejimdə çalışan DİN və FHN əməkdaşları
