Azərbaycanlıya qarşı dəhşətli hücum | Ermənistan hökuməti məhkəməyə verilir?
İşləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız azərbaycanlı olduğuna görə ermənilər tərəfindən bir neçə dəfə döyülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, güneyli gənc zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib.
O, təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə verəcəyini bildirib.
Qeyd edək ki, bu əslən azərbaycanlı olan İran sakinlərinə qarşı Ermənistanda törədilən ilk hadisə deyil. Sonuncu hadisə cari ilin iyul ayında baş verib. Belə ki, İran-Ermənistan sərhədində yük avtomobilinin sürücüsü, İran vətəndaşı Amid Quluzadə azərbaycanlı olduğuna görə Ermənistan sərhədçiləri tərəfindən döyülərək qətlə yetirilib.