Pleyeri seçin:

Azyaşlının həyatına amansızlıqla son qoydu | Cinayətin detalları

11 fevral 2024 887 baxış

2022-ci ilin yanvar ayında baş vermiş cinayət faktının təfərrüatları məlum olub.

Söhbət azyaşlı Məryəmin ölümündən gedir. Belə ki, həmin il fevralın 1-də Baş Prokurorluq Qala qəsəbəsinin “Xaşaxuna” bağlar massivində su quyusundan 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Hadisə yerinə cəlb olunmuş FHN-in xüsusi riskli əməliyyat qrupu təxminən 10 metr dərinlikdə olan su quyusundan azyaşlının meyitini tapıb.

Məlum olub ki, 2022-ci il yanvarın 23-də azyaşlının atası Taleh Allahyarov polisə müraciət edərək bildirib ki, yanvarın 1-də qızı Məryəm Hüseynlini bir müddət baxmaları üçün qonşuluqda yaşayan Mehman Mansurova verib. Bir müddət sonra övladı ilə maraqlanmaqdan ötrü tanışının evinə getdikdə orada heç kimin olmadığını görüb.

Yanvarın 31-də əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Mansurov Yasamal rayonu ərazisində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, yanvarın 23-ü gecə saat 1.00 radələrində Mehman Mansurov qonşusu Taleh Allahyarovun qızı Məryəm Hüseynlinin köməksiz vəziyyətindən istifadə edərək onu döyüb. Saçından tutaraq başını döşəməyə vurub. Nəticədə aldığı ağır dərəcəli bədən xəsarətlərindən azyaşlı ölüb.

Cinayət məsuliyyətindən yayınmaqdan ötrü onun tələbi ilə qeyri-rəsmi yaşadığı Xəyalə Ağamalıyevanın övladları Allahverdi və Vüsal Cəfərovlar sellofana və parçaya bükülmüş meyiti qonşuluqda yerləşən su quyusuna atıblar.

İş üzrə dindirilmiş Mehman Mansurov bildirib ki, qonşusu Taleh Allahyarov hər dəfə işləməyə gedəndə övladını gətirib onlara qoyurmuş və işdən qayıtdıqdan sonra isə götürürmüş. Axırıncı dəfə uşağı yanvarın 1-də gətirib. Məryəm ayın 22-nə kimi onlarda qalıb. Arabir tənbeh etmək üçün uşağı döyüb.

Yanvarın 23-nə keçən gecə o, Məryəmin halının qəflətən pisləşdiyini, daha sonra nəbzinin vurmadığını, nəfəsinin gəlmədiyini görüb. Narkotik vasitənin təsiri altında olduğundan və məsuliyyətdən yayınmaq məqsədilə Təcili Tibbi Yardıma və polisə məlumat verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il müddətinə azadlıqdan məhrum olunub.

“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

“Dedi, səni çatladaraq öldürəcəyəm” | Müəllimlər əlbəyaxa dava edib? | Məktəbdə qalmaqal - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
KMBİ-dən milyonluq qumar şəbəkəsinə qarşı əməliyyat - Baku TV CANLI

KMBİ-dən milyonluq qumar şəbəkəsinə qarşı əməliyyat - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 887 baxış
Yasamalda mənzildən idarə olunan milyonluq qumar şəbəkəsinə qarşı KMBİ-dən əməliyyat - Baku TV

Yasamalda mənzildən idarə olunan milyonluq qumar şəbəkəsinə qarşı KMBİ-dən əməliyyat - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
Kürdəmirdə toydan sonra xəstəxanaya çatdırılanların son durumu - Baku TV CANLI

Kürdəmirdə toydan sonra xəstəxanaya çatdırılanların son durumu - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 887 baxış
Xəstəxanaya düşən 92 nəfərlə bağlı Baş Prokurorluqdan təcili məlumat - Baku TV

Xəstəxanaya düşən 92 nəfərlə bağlı Baş Prokurorluqdan təcili məlumat - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
Kürdəmirdə şadlıq məclisində yüzə yaxın sakin dəhşət yaşadı - Baku TV CANLI

Kürdəmirdə şadlıq məclisində yüzə yaxın sakin dəhşət yaşadı - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 887 baxış
Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI

Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI

Hadisə
01 oktyabr 2026 887 baxış
Toy az qala faciəyə çevriləcəkdi | 50-ə yaxın sakin niyə xəstəxanalıq oldu? - Baku TV

Toy az qala faciəyə çevriləcəkdi | 50-ə yaxın sakin niyə xəstəxanalıq oldu? - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV

Şamaxıda faciəvi qəza | Avtomobil piyadanı vuraraq öldürüb - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV

Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV

Hadisə
01 oktyabr 2026 887 baxış
Seçilmişlər
icon