Bacısını amansızlıqla qətlə yetirən qardaşın məhkəməsi
Bakının Binəqədi rayonunda 58 yaşlı bacısı Məlahət Əfəndiyevanı döyərək qətlə yetirən 56 yaşlı Azər Əfəndiyevin cinayət işinin ilk məhkəmə baxış iclası Bakı Ağır Cinayətlər mıəhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilib.
Dövlət ittihamçısı Fariz Rzayev Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittihamı elan edib.
İttiham aktına görə, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, Azər Əfəndiyev onunla birlikdə yaşayan bacısı Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb.
Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib, ona qarşı alçaldıcı hərəkətlərə yol verib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb.
Aldığı zərbələrdən sonra taqətsiz halda olan Məlahət Əfəndiyeva yerə yıxılaraq başı kafelə dəyib və nəticədə ölüb.
#Binəqədi rayonu teqi istifadə olunub
- “Qanın içində çabaladı, baxmadılar” - Ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb oldu? - Baku TV
- Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı
- Ölən 13 yaşlı qızın telefonunda gördükləri ailəni şoka saldı | "Gecə hamı yatıb, sonra..." - Baku TV
- Qəzalı bina sakinlərinin şikayətinə niyə baxılmır? | Müvafiq qurumdan açıqlama
- Şəhid məzarlarında ağlasığmaz əməl: Niyə bu hala düşdük? | Hiddət doğuran hadisələr - XÜLASƏ
