Pleyeri seçin:
Bakı-Qazax yolunda ağır qəza: Bir nəfər həyatını itirdi
Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. Hadisə Kürdəmirin Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Gəncə sakini, 39 yaşlı İsgəndərov Ramin Akif oğlunun idarə etdiyi “Ford” markalı kiçiktutumlu yük maşını Ucar istiqamətində hərəkətdə olarkən qarşısında olan Bərdə sakini Qurbanzadə Amin İsrafil oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə Ramin İsgəndərov və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır xəsarət alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlərin yardımlarına baxmayaraq, Ramin Heydərov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Bakı-Qazax yolu teqi istifadə olunub
- Bakı-Qazax yolunda hərəkət dayandı | Avtomobillər yolda qaldı
- Təmir sürücülərə çətinlik yaratdı | BDYPİ-dən açıqlama
- Tovuzda yük avtomobili maneəyə çırpıldı | Hadisə yerindən görüntülər
- Hacıqabulda dəhşət | Təcili tibbi yardım maşını ağır qəzaya düşdü
- Göygöldə qorxulu anlar | Yük maşını ağır qəza törətdi
