Pleyeri seçin:
Bakıda dəhşətə gətirən qəza | Faciənin qarşısı necə alındı?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəza edib, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəsi yaradıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb”.
Kopyalandı
#Nəsimi rayonu teqi istifadə olunub
- Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV
- "6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?
- "Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV
- Vətəndaşların şikayətinə niyə baxan tapılmır?
- Vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə getdiklərini deyirlər
