Bakıda dəniz sahilində əl qumbarası aşkarlandı
Paytaxtın Xəzər rayonu ərazisində (Xəzər dənizi sahili) əl qumbarası aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd “F-1” əl qumbarası olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
#Əl qumbarası teqi istifadə olunub
- Xocalıda gənc oğlan dəhşət yaşadı | Üç qurum birgə təcili məlumat yaydı
- Bakıda yoldan görün nə tapıldı | FHN hadisə yerində
- Qazaxda əl qumbarası aşkarlandı | ANAMA-dan vətəndaşlara xəbərdarlıq
- Ağcabədidəki partlayışda yaralanan şəxslərin ən son vəziyyəti | Həkimdən açıqlama
- Birinin 10, birinin 7 yaşı var idi... | Ölənlərin qohumu Ağcabədidəki faciəvi partlayışdan danışdı
