Pleyeri seçin:
Bakıda iki qardaş yol qəzasında həlak oldu
İcarəyə götürdükləri avtomobilin aşması nəticəsində iki qardaş həyatını itirib.
Sosial şəbəkələrdə paylaşılan ağır yol-nəqliyyat hadisəsi Səbail rayonu, Bibiheybət yolunda baş verib. 1999-cu il təvəllüdlü Tural Şiriyev “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb və avtomobil yol kənarına aşıb.
Nəticədə kirayələdiyi avtomobil iki hissəyə bölünərək tamamilə yararsız hala düşüb. Yan sükanda əyləşən qardaşı xəstəxanaya çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
Şahidlərin bildirdiyinə görə, hadisənin baş verməsinə əsas səbəb sürücünün avtomobili içkili halda idarə etməsi olub.
Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Avtomobil qəzası teqi istifadə olunub
- Avtomobil ağaca çırpıldı
- Oğuzda sahibsiz inəyin səbəb olduğu qəza
- “Deyirəm ki, ölür, cavab verirlər ki...” | Xəstəxanalar şəhidin qardaşını niyə qəbul etmir?
- Bakının elit məkanında baş verənlər | Reper, tiktoker və blogerlər nələrlə məşğuldur? - XÜLASƏ
- Kriptodünyanın tanınmış siması dəhşətli hadisənin qurbanı oldu
