Pleyeri seçin:

Bakıda kütləvi dava qətllə nəticələnib

21 may 2024 578 baxış

Paytaxtda kütləvi dava zamanı qətl törədən İmamverdi Quluzadə və Şahin Əhmədovun cinayət işi üzrə məhkəmə baxışının növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə baş tutan proses şahidlərin ifadəsi ilə davam edib.

İfadə verənlərdən biri təqsirləndirilən şəxslərlə əvvəllər birlikdə çalışdığını vurğulayaraq hadisədən 2023-cü il iyulun 29-da təxminən axşam saat 11, 12 radələrində xəbər tutduğunu deyib. Bundan sonra Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına gəlib və burada İmamverdini qan içində görüb. Əvvəl nə olduğunu anlamasa da, sonradan məlum olub ki, o, Suraxanı rayonu ərazisində kütləvi davada xəsarət alıb. Dava zamanı Bəkir Qurbanov adlı şəxsin qətlə yetirilməsini isə sonradan eşidib.

İmamverdi Quluzadə və Şahin Əhmədovla Bəkir Qurbanov arasında mübahisəyə səbəb İmamverdinin yaxın münasibətdə olduğu xanım olub. Həmin xanımla İmamverdinin yaxın münasibətləri isə bir müddət əvvələ təsadüf edir. Maddi dəstəyə ehtiyacı olduğundan ondan yardım istəyən xanım sonradan İmamverdinin sevgilisi olub. Qeyri-rəsmi nikahda yaşasalar da, bu münasibətlərdən onların övladı dünyaya gəlib.

Qeyd edək ki, ittihama görə, hadisə 2023-cü ilin iyulun 29-da saat 23:00 radələrində baş verib. Paytaxtın Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qurbanov bıçaq xəsarətləri alıb. Sonuncu həmin xəsarətlər səbəbindən dünyasını dəyişib. İmamverdi Quluzadə və Şahin Əhmədov müalicə aldıqdan sonra qətli törətməkdə şübhəli şəxs kimi istintaqa cəlb olunublar. Daha bir nəfər – Anar adlı şəxsin isə davada iştirak edib, lakin bu günədək istintaqdan yayındığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI

Qaxda qəza anında dəhşətli mənzərə: xilasedicilər səfərbər oldu - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 578 baxış
“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı | Baş Prokurorluqdan məlumat - Baku TV CANLI

“Şəki Yaylası”ndakı hadisə ilə bağlı cinayət işi açıldı | Baş Prokurorluqdan məlumat - Baku TV CANLI

Hadisə
10 sentyabr 2026 578 baxış
“İndiyədək belə hadisə baş verməmişdi”| “Şəki yaylası”ndakı faciəvi ölüm barədə yeni detallar

“İndiyədək belə hadisə baş verməmişdi”| “Şəki yaylası”ndakı faciəvi ölüm barədə yeni detallar

Hadisə
10 sentyabr 2026 578 baxış
Kafeni yandıran şəxsin məhkəməsi | Xəsarət alan zərərçəkənlər gördükləri dəhşəti anlatdı - Baku TV

Kafeni yandıran şəxsin məhkəməsi | Xəsarət alan zərərçəkənlər gördükləri dəhşəti anlatdı - Baku TV

Hadisə
10 sentyabr 2026 578 baxış
Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV

Cahid İsayev dövlət əleyhinə çağırışlar etməkdə ittiham olunub - Baku TV

Hadisə
10 sentyabr 2026 578 baxış
Zərdabda dəhşətli hadisə: Avtomobildə olan 5 nəfər yanaraq öldü - ANA XƏBƏR

Zərdabda dəhşətli hadisə: Avtomobildə olan 5 nəfər yanaraq öldü - ANA XƏBƏR

Hadisə
09 sentyabr 2026 578 baxış
"Bir ailə yoxa çıxdı" | Zərdabda xeyir işdən qayıdan şəxslər yanaraq həlak oldular - Baku TV

"Bir ailə yoxa çıxdı" | Zərdabda xeyir işdən qayıdan şəxslər yanaraq həlak oldular - Baku TV

Hadisə
09 sentyabr 2026 578 baxış
AQTA yoxlama apardı | Çörək emalı müəssisəsində nələr üzə çıxdı? - Baku TV CANLI

AQTA yoxlama apardı | Çörək emalı müəssisəsində nələr üzə çıxdı? - Baku TV CANLI

Hadisə
09 sentyabr 2026 578 baxış
Gəncədə kollecdə korrupsiya iddiası | Kollecin sabiq rəhbərləri ilə bağlı şok faktlar - Baku TV

Gəncədə kollecdə korrupsiya iddiası | Kollecin sabiq rəhbərləri ilə bağlı şok faktlar - Baku TV

Hadisə
09 sentyabr 2026 578 baxış
Şəkidəki hadisəyə nə səbəb olub?

Şəkidəki hadisəyə nə səbəb olub?

Hadisə
09 sentyabr 2026 578 baxış
Seçilmişlər
icon