Pleyeri seçin:
Bakıda məktəbin önündə qan töküldü | Valideyn bıçağa əl atıb dəhşət saçdı - Baku TV
Bakı şəhərinin Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Böyükşor qəsəbəsi ərazisində yerləşən 73 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Məlumata görə, məktəbə uşaqlarını gətirən iki valideyn arasında avtomobil saxlamaq üstündə mübahisə yaranıb. Mübahisə qısa müddətdə böyüyərək davaya çevrilib və tərəflərdən biri üzərində olan bıçaqla digərinə xəsarət yetirib.
“Valideynlərdən biri maşını məktəbin qarşısında saxlamışdı. Digər valideyn deyib ki, maşını götür, camaat rahat girib-çıxsın. Bundan sonra aralarında mübahisə yaranıb”, – deyə hadisə şahidi bildirib.
Əraziyə polis əməkdaşları cəlb olunub, əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Kopyalandı
#Nərimanov rayonu teqi istifadə olunub
- "İmkan vermirlər işləməyə” | Nərimanovda obyektlər niyə sökülür? - Baku TV
- Nərimanovda metronun yaxınlığındakı ərazi niyə hasara alınıb? - Sahibkardan şikayət - Baku TV
- Liftdə azyaşlıya zorakılıq tətbiq edən şəxs kimdir? - Baku TV
- Sakinlərin səbri tükəndi | "Ulduz" metrosunun çıxışı niyə aylardır bərbad haldadır? - Baku TV
- Liftdə dəhşət | Zorakılığa məruz qalan autizmli uşağın anası baş verənləri danışdı - Baku TV
