Pleyeri seçin:

Nərimanovda metronun yaxınlığındakı ərazi niyə hasara alınıb? - Sahibkardan şikayət - Baku TV

27 iyul 2026 453 baxış

Nərimanov rayonu, Təbriz küçəsi, 95 ünvanında fəaliyyət göstərən onlarla sahibkar obyektlərinin gələcək taleyindən narahatdır.

Sahibkarların sözlərinə görə, təxminən iki ay əvvəl ərazidə yeni layihənin həyata keçiriləcəyi bildirilib və onlardan obyektləri boşaltmaları tələb olunub. Həmin vaxtdan telefon təmiri, saat və müxtəlif aksesuarların satışı ilə məşğul olan ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Ərazi hazırda hasara alınsa da, sahibkarlar burada real işlərin aparılmadığını bildirirlər. Onların sözlərinə görə, obyektlərin elektrik, su və qaz təchizatı da kəsilib.

Sahibkar Qabil Qasımov bildirib ki, obyekt üzərində rəsmi mülkiyyət hüququna malikdir:

“Obyektin rəsmi çıxarışı var. Burada 2010–2011-ci illərdən fəaliyyət göstəririk. Bizə yalnız dövlət layihəsinin həyata keçiriləcəyi və obyekti boşaltmalı olduğumuz deyildi. Lakin bundan əvvəl mülkiyyətçilərlə razılıq əldə olunmalı, kompensasiya və ya alternativ yer məsələsi müzakirə edilməli idi”.

Onun sözlərinə görə, obyektlərin boşaldılması nəticəsində sahibkarlara ciddi maddi ziyan dəyib:

“Buraya on minlərlə manat vəsait qoymuşuq. Təmir, kondisioner, işıqlandırma sistemi və mallarımız yararsız vəziyyətə düşüb. İki aydır işləyə bilmirik və gəlir əldə etmirik”.

Sahibkarlar məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər. Bildirilib ki, onlara layihə ilə bağlı gözləmələri tövsiyə olunub.

“Kim bizi çağıracaq, nə vaxt çağıracaq, yerimiz bərpa olunacaq, yoxsa kompensasiya veriləcək – bunların heç biri barədə məlumat yoxdur. Sadəcə, gözləməyimiz tələb olunur”, – Qabil Qasımov qeyd edib.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 453 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 453 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 453 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 453 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 453 baxış
Seçilmişlər
icon