Pleyeri seçin:

Bakıda mərhum Xalq artistinin oğlunu döydülər - Baku TV

31 yanvar 2026 443 baxış

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin 45 yaşlı oğlu Artur Balıyev yanvarın 30-da axşam saatlarında paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində döyülüb.

O, hazırda xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Artur Balıyev hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, dünən axşam saat təxminən 18:30 radələrində naməlum şəxs ona zəng edərək anasına məxsus maşının onun avtomobilini sürtdüyünü deyib.

O, anasına məxsus avtomobilin uzun müddətdir idarə olunmadığını bildirsə də, qarşı tərəf israr edib və Artur Balıyevdən hadisə yerinə gəlməsini istəyib:

“Deyilən ünvana getdim. Sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, qarşı tərəfin maşınındakı cızıq xeyli yuxarıda idi. Amma onlar mənimlə razılaşmadılar”.

Artur Balıyevin sözlərinə görə, hadisə yerində dörd nəfər olub və mübahisə zamanı həmin şəxslər ona fiziki təzyiq göstərməyə başlayıblar:

“Hərə bir tərəfdən vurmağa başladı, mən də yerə yıxıldım. Qan töküləndən sonra qaçdılar. Ayağa qalxmaq istədim, amma dura bilmədim”.

Faktla bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi Polis Şöbəsində araşdırma aparılır. Artur Balıyevin izahatı alınıb. Aralarında yaranmış mübahisə zamanı ona xəsarət yetirməkdə şübhəli bilinən Turxan Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 443 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 443 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 443 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 443 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 443 baxış
Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Hadisə
07 avqust 2026 443 baxış
Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Hadisə
07 avqust 2026 443 baxış
Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 443 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 443 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 443 baxış
Seçilmişlər
icon