Pleyeri seçin:

Bakıda qandonduran hadisə | Ata qızına dəhşət yaşatdı

14 mart 2025 448 baxış

Qızını 5 bıçaq zərbəsi ilə qəsdən öldürməyə cəhd edən, şərti adı Mahir Rəhimov olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hadisə fevralın 9-da Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış kompleksi, 22 ünvanında baş verib.

İstintaqla müəyyən edilib ki, həmin vaxt Mahir Rəhimovu yaşadığı binanın sakini, şərti adı Azad Tağıyev söhbət etmək üçün çölə çağırıb və ona qızının əxlaqsız həyat tərzi keçirdiyini bildirib.

Bunu eşidən ata övladını cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürüb dəhlizdə dayanan qızına yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 dəfə zərbə endirib.

Qəzəbli ataya səs-küyə gələn qonşu mane olub. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş, şərti adı Mahir Rəhimov bildirib ki, fevralın 8-i qonşusu, şərti adı Azad Tağıyev olan şəxs mobil telefonundakı qızının şəklini və ismarıcları "WhatsApp" tətbiqi vasitəsilə onun telefonuna göndərib. O da məsələ ilə bağlı qızı ilə söhbət edib, ailəsinin adını ləkələməməsini, əks halda onu öldürəcəyini bildirib. Lakin səhəri gün qonşu yenidən qızının əxlaqsız həyat tərzi keçirdiyini və ondan polisə şikayət etdiyini söyləyib. Bundan qəzəblənən ata qızını bıçaqlamaq qərarına gəlib. O, ittiham üzrə özünü qismən təqsirli bilərək övladını öldürmək niyyətində olmadığını, sadəcə cəzalandırmaq istədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. 

Banner
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 448 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 448 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 448 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 448 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 448 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 448 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 448 baxış
Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Hadisə
21 oktyabr 2026 448 baxış
Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 448 baxış
İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

Hadisə
21 oktyabr 2026 448 baxış
Seçilmişlər
icon