Pleyeri seçin:
Qobuda itlərin hücum etdiyi qızın nənəsi hadisə anını danışdı
Paytaxtın Lökbatan qəsəbəsi, “Qobu park-2” yaşayış massivində mayın 11-i axşam saatlarında 11 yaşlı Zeynəb Süleymanova sahibsiz küçə itlərinin hücumuna məruz qalıb.
11 yaşlı qız ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Azyaşlının nənəsi bildirib ki, qonşuları son anda uşağı itdən xilas ediblər:
“İt əlindən hərəkət etməyə yer tapmırıq. Üç it uşağı elə günə qoyub ki, görsəniz, ağlayarsınız. Başını, qolunu, qolunun altı tərəfini yeyib, bədənində elə yer yoxdur ki, it dişləməsin”.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşağın müalicələri stasionar şəraitdə davam etdirilir, ona zəruri tibbi xidmətlər göstərilib. Xəstəyə quduzluq əleyhinə peyvənd vurulub, vəziyyəti stabildir.
Kopyalandı
#Lökbatan teqi istifadə olunub
- Lökbatanda uzun müddətdir təmir olunmayan yol sakinləri narahat edir
- Qəsəbənin girişində "yoxa çıxan" yol | Lökbatanda yol niyə uzun müddətdir təmirsiz qalıb? - Baku TV
- Lökbatanda ölümlə üz-üzə | Sürücüləri gözləyən təhlükə - Baku TV
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- "Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
