Pleyeri seçin:
Bakıda qazanxanadakı partlayış dəhşətli yanğına səbəb oldu
Paytaxtın Nizami rayonunda yanğınla nəticələnən güclü partlayış baş verib.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.
Hadisə nəticəsində 3-ü kişi və 3-ü qadın olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240 kvadratmetr olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Kopyalandı
#Nizami rayonu teqi istifadə olunub
- Yaşadıqları binanın bloklarına kanalizasiya suları yığılır
- "Buradan keçən ağzını tutub keçir" | Əhali narazıdır: "Yalandan yazır ki, 10 dəfə etmişik" - Baku TV
- "Vermirsənsə, başqa kişinin oğlu gəlsin..." | Sakinlər və MTK arasında qalmaqal - Baku TV
- Nizami rayonunda 5 binanın həyəti baxımsız vəziyyətdə - Baku TV CANLI
- "Abadlaşdırırıq" dedilər, hamısı yoxa çıxdı" | 5 binanın həyəti söküldü, sonra isə... - Baku TV
