Pleyeri seçin:

Bakıda taksi sürücüsü onu sorğu-suala tutan adamı belə qətlə yetirdi

04 fevral 2025 418 baxış

“Yola verirsən məni?” ifadəsinə görə küçədə tanımadığı adamı öldürən şəxsin məhkəməsi yekunlaşıb.

Xətai Rayon Prokurorluğunda 2023-cü il avqustun 6-da Məzahir Rüstəmov küçəsi, 14 ünvanında bıçaqlanma hadisəsi ilə bağlı araşdırma başlanılıb.

Taksi sürücüsü işləyən, şərti adı Azad Quliyev olan şəxs köşkün qarşısında ona bir nəfərin yaxınlaşaraq söhbət etməyə başladığını bildirib. Sonuncu ona Balaxanı qəsəbəsində yaşadığını deyib, orada yaşayan müxtəlif şəxslərin adlarını çəkərək onları tanıyıb-tanımadığını soruşub.

Azad Quliyev adları çəkilən adamları tanımadığını söyləyərək söhbətdən yayınmağa çalışdıqda şərti adı Aleksandr Kirilov olan şəxs əsəbiləşərək nəyə görə sözlərini ciddi qəbul etmədiyini söyləyib.

Ünvanına nalayiq ifadələr səsləndirən Aleksandr Kirilovdan qisas almaqdan ötrü yaşadığı mənzilə gedən Azad Quliyev mətbəxdən bıçağı götürüb və geri qayıdaraq şəxsin sol ayağına zərbə endirib. Sonra bıçağı yaşadığı binanın yaxınlığında yerə atıb və evinə qayıdıb.

Bir neçə saatdan sonra gələn polis əməkdaşları yaralını xəstəxanaya çatdırsalar da, sol budun arteriyasının zədələnməsi nəticəsində baş verən kəskin qanitirmə səbəbindən öldüyünü bildiriblər. Aparılan analizlərin nəticəsində onun qanında etil spirti aşkar edilib.

Təqsirləndirilən şəxs onu öldürmək məqsədi olmadığını, sadəcə işlətdiyi nalayiq sözlərə görə üzr istəməsi üçün qorxutduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Quliyev 9 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə hökm dəyişdirilərək 10 il cəza ilə əvəzlənib. 

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Şəmkirdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı 16 yaşlı qız saxlanılıb - Baku TV

Hadisə
25 iyul 2026 418 baxış
8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

8 aylıq həbsə səbəb olan dava qətllə bitdi | Yevlaxda qandonduran hadisə

Hadisə
24 iyul 2026 418 baxış
Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Yük avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb

Hadisə
24 iyul 2026 418 baxış
“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

“Tək övladımız idi, xəbər verdilər ki...” | Dənizdə batan Elgünün ailəsi fəryad etdi - Baku TV

Hadisə
24 iyul 2026 418 baxış
Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Son dəqiqə | Bakıda baş verən dəhşətli avtobus qəzası barədə detallar - Baku TV

Hadisə
24 iyul 2026 418 baxış
DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI

Hadisə
24 iyul 2026 418 baxış
Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Xankəndidə bədbəxt hadisə | Obyekt yanıb, işçilər xəsarət alıb - Baku TV

Hadisə
24 iyul 2026 418 baxış
Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV

Hadisə
24 iyul 2026 418 baxış
"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

"Yarım saat sonra tapıblar" | Cəlilabadda 21 yaşlı gəncin faciəvi sonu - Baku TV

Hadisə
23 iyul 2026 418 baxış
"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

"Nə ölüsü var, nə dirisi, yerə batmadı ki..." | Salyanda 26 yaşlı çoban itkin düşdü - Baku TV

Hadisə
23 iyul 2026 418 baxış
Seçilmişlər
icon