Bakıda təcili əməliyyat keçirildi | DİN vətəndaşlara çağırış etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran iki şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə gəlir qazanmaq adı altında yalan vədlər verərək zərərçəkənlərin ümumilikdə 51 743 manat pulunu ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
“Bir daha vətəndaşlara tövsiyə olunur ki, internet resurslarındakı saxta cəlbedici təkliflərə və şirnikləndirici vədlərə qarşı diqqətli olsunlar, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn ödəniş etməsinlər”, − Daxili İşlər Nazirliyindən bildirilib.
#Onlayn dələduzluq teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- İnandı, dələduzluğun qurbanı oldu | TikTok "ekstrasens"i vətəndaşı necə aldatdı? - XÜLASƏ
- Endirimli məhsul və kredit vədləri ilə qurulan tələ ifşa olundu - Baku TV
- 300 nəfər necə qurbana çevrildi? - Dəhşətli əməlin üstü açıldı - Baku TV
- 23 yaşlı Zaur 150-yə yaxın şəxsi görün necə aldadıb | Kiberpolisdən əməliyyat - Baku TV
