Pleyeri seçin:
Bakıdan maşın gətirmək adı ilə... | Naxçıvan sakinlərini kim aldatdı?
Bir qrup Naxçıvan sakini Bakıdan avtomobil gətirmək adı altında aldadılıb.
Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.
Aparılan araşdırmalarla əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyən olunub.
Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsində dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Kopyalandı
#Naxçıvan teqi istifadə olunub
- Naxçıvanda yenidənqurma prosesi | ADY-dən sərhəddə görülən işlər barədə açıqlama- Baku TV
- Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI
- Naxçıvanda II Azərbaycan-Türkiyə Regional İqtisadi Forumu keçirilir
- TDT çərçivəsində yeni platforma təsis olunub
- Kurqanlardan çıxan sirlər: bu zirehləri kim geyinirdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
