"Təkcə ərimi çıxara bildik oradan" | Fəryad edən sakinlər dəhşətli hadisəni danışdı - Baku TV
Kürdəmirin Sığırlı kəndində yanğın baş verib.
Kənd sakini Rza Ağamalıyevə məxsus 2 mərtəbəli ev əşyaları ilə birlikdə külə dönüb.
“Mən küçədə idim, kişi isə evdə yatmışdı. Nəvəm qapını açıb dedi ki, ay nənə, babam yanır, 15 dəqiqənin içində ev alovlanıb yandı. Yalnız yoldaşımı çıxara bildik”, – ev sahibi Yaqut Ağamalıyeva bildirib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Məsələ ilə bağlı Sığırlı kənd icra nümayəndəliyindən Baku TV-yə bildirilib ki, hadisə baş verən evə baxış keçirilib və ailənin mövcud vəziyyəti qiymətləndirilir. Yaxın vaxtlarda icra nümayəndəliyi tərəfindən ailəyə kömək olunması nəzərdə tutulur.
Həmçinin hadisə ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi olaraq FHN-ə məktub ünvanlanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə 7 otaqlı ev yanaraq külə döndü - Baku TV
- İşıqlandırılmayan yolda növbəti qəza | Yaralılar var - Baku TV CANLI
- İşıqlandırılmayan yolda növbəti qəza | Avtomobil aşdı, 5 nəfər xəstəxanalıq oldu - Baku TV
- "Su ehtiyatımız yoxdur" | Sakinlər su xəttində yaranan problemlərdən təngə gəliblər - Baku TV
- “Avropa çempionunu bu şəraitdə böyütmüşəm” | Çıxılmaz durumda qalan ailə kömək istədi - Baku TV
