Pleyeri seçin:

Baş Prokurorluq İmişlidəki qəza ilə bağlı məlumat yaydı

21 yanvar 2025 320 baxış

İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 18-də İmişli şəhəri ərazisində “Mercedes-Benz” markalı fərdi nəqliyyat vasitəsi və BMW markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan “Mercedes Benz 190” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb. O, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib və yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub.

Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Mikroavtobus ağaca dəyib: 1 ölü, 6 yaralı

Hadisə
21 dekabr 2025 320 baxış
Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Dərmanların qanunsuz keçirilməsinin qarşısı alındı | Balakən Gömrük İdarəsində əməliyyat - Baku TV

Hadisə
21 dekabr 2025 320 baxış
Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Naxçıvan hava limanında sərnişinlərin əşyalarını oğurlayan şəxslər ifşa olundu - Baku TV

Hadisə
21 dekabr 2025 320 baxış
FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

FHN Maştağada baş verən yanğını nəzarətə aldı - Baku TV

Hadisə
21 dekabr 2025 320 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV

Hadisə
21 dekabr 2025 320 baxış
Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Şəkidə canavar kəndə hücum edərək sakinlərə xəsarət yetirib - Baku TV CANLI

Hadisə
21 dekabr 2025 320 baxış
Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Sumqayıtda dəhşətli hadisə | Sürücü hər şeyi anbaan danışdı - Baku TV

Hadisə
20 dekabr 2025 320 baxış
Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Bakıda şagird ölümlə üz-üzə qaldı | Anbaan görüntülər

Hadisə
20 dekabr 2025 320 baxış
Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Bakıda işlədiyi evə qənim kəsilən usta barədə təcili məlumat

Hadisə
20 dekabr 2025 320 baxış
Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Azərbaycanlı iş adamının 8 milyonluq əmlakı müsadirə olundu

Hadisə
20 dekabr 2025 320 baxış
Seçilmişlər
icon