Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
Omanda həbs edilən İran vətəndaşının Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluğun İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi İran vətəndaşı Azadfar Mehdi Mohammadrezanın ekstradisiyası haqqında vəsatəti beynəlxalq hüququn qarşılıqlı yardım prinsipinə uyğun olaraq Oman Sultanlığının Maskat Apellyasiya Məhkəməsi tərəfindən təmin edilib.
Belə ki, fiqurantın külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq həbsli axtarışa verilib.
Şəxs ötən ilin may ayında Omanda müəyyən edilərək həbs olunub və hazırda təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
#Baş Prokurorluq teqi istifadə olunub
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Prokurorluq Gəncədə aşkarlanan mənimsəmə faktları üzrə cinayət işi başladıb - 24 SAAT
- Tarixi binanın sahibi istədiyini edə bilər? - Abidəyə qanunsuz müdaxilə üzə çıxdı - Baku TV
- Jurnalistlərin bəyanatı Moskvanın mövqeyini əsk etdirmir | Mariya Zaxarova - Baku TV
- Beynəlxalq axtarışa verilən şəxs Rusiyada saxlanıldı - Baku TV CANLI
