Pleyeri seçin:
Bərdədə dəhşətli qəza: "İşdə eşitdim ki, maşın..." | Avtomobil evə çırpılıb - Baku TV
Bərdə rayonunun Alaçadırlı kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sürücünün idarəetməsindən çıxan "Changan" markalı minik avtomobili yol kənarındakı yaşayış evinə çırpılıb. Qəza nəticəsində tikilinin divarı uçub.
Hadisə şahidi Hüseyn İsmayılzadə baş verənlərlə bağlı Baku TV-yə danışıb.
"Evdə uzanmışdım. Səsə gələndə gördüm ki, qardaşımın uşaqları dağıntılar altında qalıb, üstlərinə daş tökülüb. Vəziyyətləri ağır idi, daşların arasından çıxa bilmirdilər. Dərhal köməklərinə çataraq onları oradan çıxardım", – o söyləyib.
Qəza zamanı evdə olan bir ailənin üç üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Bərdə teqi istifadə olunub
- Bərdədə 26 yaşlı oğlan amansızlıqla öldürüldü - Baku TV CANLI
- Bərdədə qanlı mübahisə | 26 yaşlı şəxs bıçaqlanaraq öldürülüb - Baku TV
- “Çox acınacaqlı vəziyyətdəyik” | Əkin sahələri susuzluqdan məhv olan sakinlər şikayətçidir - Baku TV
- Bərdədə dəhşətli faciə | Açıq naqildəki elektrik cərəyanı can aldı - Baku TV
- "Oğurlanıbsa, niyə sərfiyyat göstərir?" | Bərdədə sayğaclar kimin qəzəbinə gəlib? - Baku TV
