Pleyeri seçin:

Bərdədə ər-arvad dəm qazından zəhərləndi | 18 yaşlı qızın ölümü şübhə doğurdu - Baku TV

28 noyabr 2026 274 baxış

Bərdə rayonunun Əliyanlı kəndində fərdi yaşayış evində iki nəfər dəm qazından zəhərlənib.

Belə ki, 21 yaşlı Kənan İmaməliyev və həyat yoldaşı 18 yaşlı Pərvanə Hüseynova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səylərinə baxmayaraq, Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları hadisə ilə bağlı şübhəli məqamların olduğunu iddia edirlər.

Pərvanə Hüseynovanın anası Şəlalə Hüseynova qızının ölümü ilə bağlı bəzi iddialar səsləndirib. Ana bildirib ki, qızı hadisədən əvvəl ona zəng edərək pul istəyib:

“Qızım “ana, mənə pul göndər, gəlirəm” dedi. Mən də pulu göndərdim. Bir neçə dəfə də zəng etdim, düşündüm ki, yəqin nəsə olub”.

Şəlalə Hüseynovanın sözlərinə görə, qızı evə gəldikdən sonra həyat yoldaşı ilə arasında baş verənləri ona danışıb:

“Gələndə gecə zəng etməyə qorxduğunu söylədi. Yoldaşı qayçını qızımın boğazına dirəyib, “getsən, səni öldürəcəyəm” deyib”.

Mərhumun anası bildirib ki, gecə qızının qaynından zəng gəlib və ona Pərvanə ilə Kənanın zəhərləndiyi deyilib:

“Mənə dedi ki, tez özünü xəstəxanaya çatdır. Xəstəxanaya çatanda isə gördüm ki, uşaq artıq morqdadır”.

Şəlalə Hüseynova qızının telefonundakı məlumatların silindiyini də iddia edib:

“Telefonda heç nə saxlamayıblar. “WhatsApp”da hər şeyi siliblər. Hamısından şikayətçiyəm”.

Qeyd edək ki, Kənan İmaməliyevin müalicəsi xəstəxanada davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Banner
Qubada bir ailənin evi içərisindəki bütün əşyalarla birlikdə külə çevrildi - Baku TV CANLI

Qubada bir ailənin evi içərisindəki bütün əşyalarla birlikdə külə çevrildi - Baku TV CANLI

Hadisə
29 noyabr 2026 73 baxış
Güclü sel suları Tovuzda kənd yolunu keçilməz vəziyyətə salıb - Baku TV

Güclü sel suları Tovuzda kənd yolunu keçilməz vəziyyətə salıb - Baku TV

Hadisə
29 noyabr 2026 114 baxış
Qubada ikimərtəbəli ev külə döndü | Ailə son anda ölümdən qurtuldu - Baku TV

Qubada ikimərtəbəli ev külə döndü | Ailə son anda ölümdən qurtuldu - Baku TV

Hadisə
29 noyabr 2026 120 baxış
İranla sərhəddə Azərbaycana qanunsuz keçmək istəyən iki əfqanıstanlı saxlanılıb - Baku TV CANLI

İranla sərhəddə Azərbaycana qanunsuz keçmək istəyən iki əfqanıstanlı saxlanılıb - Baku TV CANLI

Hadisə
28 noyabr 2026 35 baxış
Tovuzda torpaq sürüşməsi baş verib | Sel suları kənd yolunu dağıdıb - Baku TV CANLI

Tovuzda torpaq sürüşməsi baş verib | Sel suları kənd yolunu dağıdıb - Baku TV CANLI

Hadisə
28 noyabr 2026 36 baxış
Qubada yanğın ailəni evsiz qoydu: bütün əşyalar külə döndü - Baku TV CANLI

Qubada yanğın ailəni evsiz qoydu: bütün əşyalar külə döndü - Baku TV CANLI

Hadisə
28 noyabr 2026 251 baxış
Lənkəranda ağır qəza | "Mercedes" hasara çırpılaraq yandı - Baku TV CANLI

Lənkəranda ağır qəza | "Mercedes" hasara çırpılaraq yandı - Baku TV CANLI

Hadisə
28 noyabr 2026 149 baxış
Lənkəranda avtomobil xalça fabrikinin hasarına çırpıldı: Ölən və yaralananlar var - Baku TV

Lənkəranda avtomobil xalça fabrikinin hasarına çırpıldı: Ölən və yaralananlar var - Baku TV

Hadisə
28 noyabr 2026 118 baxış
Narkotik vasitələr və psixotrop həblər | Abşerondakı əməliyyatın təfərrüatları - Baku TV

Narkotik vasitələr və psixotrop həblər | Abşerondakı əməliyyatın təfərrüatları - Baku TV

Hadisə
28 noyabr 2026 110 baxış
Güclü küləyin acı nəticəsi: "Belə ağaclar çoxdur" | Ağacın aşması necə faciəyə çevrildi - Baku TV

Güclü küləyin acı nəticəsi: "Belə ağaclar çoxdur" | Ağacın aşması necə faciəyə çevrildi - Baku TV

Hadisə
28 noyabr 2026 101 baxış
Seçilmişlər
icon