Yaralanan qazinin qohumu hər şeyi danışdı | Abşeronda dəhşətli hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
Qazi övladının gözü qarşısında bıçaqlanıb.
Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.
Belə ki, "Bağçalı" yaşayış massivində 33 yaşlı Orxan İmanov həmyaşıdı, Qobu qəsəbə sakini Orxan Hüseynli tərəfindən bıçaqlanıb.
Yaralı Respublika Kliniki Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Zərərçəkənin qaynı Ceyhun Nəsirli bildirib ki, Orxan Hüseynli ilə onun yeznəsi arasında əvvəllər heç bir münaqişə olmayıb. Hadisə baş verən vaxt isə bacısı övladı ilə həyətdə olub:
“Orxan Hüseynli yeznəmi söhbət etmək adı ilə çölə çağırdı. Övladı da həyətdə velosiped sürürdü, uşağın gözü qarşısında ona çoxsaylı bıçaq xəsarətləri yetirdi”.
Hadisəni törətdikdən sonra ərazidən qaçmağa çalışan Orxan Hüseynli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Hüseynli ilə Orxan İmanov İkinci Qarabağ müharibəsi iştirakçılarıdır. Hər ikisi döyüşdə göstərdikləri şücaətə görə medalla təltif olunublar.
#Bıçaqlanma hadisəsi teqi istifadə olunub
- Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV
- Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV
- Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
