Biləsuvarda qandonduran hadisə | Planlı əməliyyat faciə ilə nəticələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan ailənin kiçik övladı – 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib.
Uşağın gözlənilməz ölümü yaxınları arasında dərin sarsıntı yaradıb.
Anası Aydan Hacıyeva hadisəni belə şərh edib: “Məni mətbəxə salıb qapını bağladılar. Çöldə nə baş verdiyini bilmədim. Çıxanda həkim axtardım, tapmadım. İndi də ortalıqda yoxdurlar. Narkozu çox vurub övladımın ürəyini partlatdılar”.
Uğurun nənəsi Hökümə Hacıyevanın sözlərinə görə, nəvəsi sadəcə yırtıq diaqnozu ilə xəstəxanaya aparılıb və vəziyyəti normal olub: “Həkim bizə dedi ki, heç bir problemi yoxdur, sabah gətirərsiniz, əməliyyat edərik. Sonrakı gün uşağa iynə vurulub. 3-4 saat keçdi, xəbər gəlmədi deyə təşvişə düşdük. Daha sonra babasını çağırdılar ki, uşaq ayılmır. Əməliyyat olunmayıb, iynədən şoka düşüb”.
Rəsmi məlumata görə, azyaşlı sol qasıq nahiyəsində yaranan ağrılar səbəbi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun planlı əməliyyatı üçün hazırlıq işlərinə başlanılıb. Əməliyyat günü saat 15:00 radələrində uşağa anestezioloji preparatlar inyeksiya olunduğu zaman anafilaktik şok baş verib.
Hazırda faktla bağlı müvafiq araşdırma aparılır. Ölüm səbəblərinin tam dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.
#Biləsuvar teqi istifadə olunub
- “30 ildir biz əkirik, bu yandan çıxıb ki...” | Sakinlərin torpaq sahələri zəbt olunub? - Baku TV
- Biləsuvarda toy mərasimindən sonra qohumlar arasında bıçaqlı dava faciə ilə bitdi - Baku TV CANLI
- Biləsuvarda şadlıq sarayında dəhşətli hadisə - Baku TV
- "Heç kimlə problemi yox idi..." | Biləsuvarda qohumlar arası dava faciəyə çevrildi - Baku TV
- Biləsuvarda qanlı hadisə | 26 yaşlı kənd sakini davanın qurbanı oldu - Baku TV CANLI
