Pleyeri seçin:

Binədə qohumlar arasında qan töküldü | Tükürpərdən hadisənin detalları

15 noyabr 2024 427 baxış

2021-ci il dekabrın 10-da Binə qəsəbəsinin Hövsan südçülük sovxozunda Allahverdi Mirzəyevin yaşadığı evin həyətində odlu silahla öldürülməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, Tariyel Qurbanov şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə yeznəsi Allahverdi Mirzəyevə ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.

Şübhəli şəxs qismində saxlanılan 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Tariyel Qurbanov törətdiyi cinayəti etiraf edib.

Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı müəyyən edilib ki, Tariyel Qurbanov yeznəsi Allahverdi Mirzəyevi bacısı Təranə Mirzəyevaya xəyanət etməsi, pullarını başqa qadına xərcləməsi, ailələrində mütəmadi mübahisələrin baş verməsi səbəbindən qisas almaq məqsədilə öldürmək qərarına gəlib.

2021-ci il dekabrın 10-u axşam saat 19:00 radələrində Tariyel Qurbanov 16 kalibrli ov tüfəngini götürərək bacısının evinə yollanıb. O, ailə üzvlərindən xəbərsiz həyətdə gizlənərək yeznəsinin evə qayıtmasını gözləyib. Allahverdi Mirzəyevin həyətə daxil olduğunu görən kimi qaynı Tariyel Qurbanov tüfəngin lüləsini mərhumun çənəsinə tuşlayaraq bir dəfə atəş açıb.

Hadisə nəticəsində Allahverdi Mirzəyev aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tariyel Qurbanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Almaniya vətəndaşı Bakıda öldü | Plastik əməliyyat faciəyə çevrildi - Baku TV CANLI

Almaniya vətəndaşı Bakıda öldü | Plastik əməliyyat faciəyə çevrildi - Baku TV CANLI

Hadisə
10 avqust 2026 427 baxış
Kiberpolis Bakıda “Xbet” və “MostBet”ə qarşı əməliyyat keçirdi - Baku TV

Kiberpolis Bakıda “Xbet” və “MostBet”ə qarşı əməliyyat keçirdi - Baku TV

Hadisə
10 avqust 2026 427 baxış
Kiberpolis dələduzlara qarşı hərəkətə keçdi: Şəbəkə çökdürüldü - ANA XƏBƏR

Kiberpolis dələduzlara qarşı hərəkətə keçdi: Şəbəkə çökdürüldü - ANA XƏBƏR

Hadisə
10 avqust 2026 427 baxış
"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

"Kəpəz" Hospitalda dəhşət | Eyni cərrahın əməliyyat etdiyi daha 2 qadın da... - Baku TV

Hadisə
10 avqust 2026 427 baxış
Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Ucarın Türkəci kəndindəki evdə yanğın olub

Hadisə
10 avqust 2026 427 baxış
Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Meyvə yığdığı yerdə dəhşət yaşadı | İlan sancan qadınla bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
10 avqust 2026 427 baxış
"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

"Çalışırıq ki, Bakıya göndərək" | Ağyazıda qadını qəfildən ilan sancıb - Baku TV

Hadisə
09 avqust 2026 427 baxış
Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Alov qısa müddətdə nəzarətə götürüldü və yanğın söndürüldü - Baku TV

Hadisə
09 avqust 2026 427 baxış
Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Qaxda bədbəxt hadisə | 47 yaşlı qadını ilan sancıb - Baku TV CANLI

Hadisə
09 avqust 2026 427 baxış
Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Bakının Xətai rayonunda güclü yanğın baş verib - Baku TV

Hadisə
09 avqust 2026 427 baxış
Seçilmişlər
icon