Pleyeri seçin:

"Bircə gördüm ki, qanayır" | 24 yaşlı hamilənin ölümündə kim günahkardır? - Baku TV

26 avqust 2026 278 baxış

Avqustun 20-də Tovuz rayon sakini, 24 yaşlı Lalə Quliyeva beş aylıq hamiləliyini sonlandırdıqdan sonra güclü qanaxmadan həyatını itirib.

TƏBİB-in məlumatına görə, qadın Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə gətirilib. Lakin abortun hansı tibb müəssisəsində və kim tərəfindən aparıldığı açıqlanmayıb.

Qeyd edək ki, mərhum Sabunçu Tibb Mərkəzinə “Vitam Med Hospital”dan gətirilib. Hospitalın baş həkimi Baku TV-yə açıqlamasında bildirib ki, abort onların klinikasında aparılmayıb. Onun sözlərinə görə, qadın klinikaya müraciət edərkən vəziyyəti ağır olub.

“Avqustun 20-də saat 21:04 radələrində klinikaya güclü qanaxma şikayəti ilə müraciət edən xəstəyə ilkin tibbi yardım göstərilib. Xəstənin hamilə olub-olmaması barədə heç bir məlumatım yox idi. Onun əlində hər hansı tibbi sənəd də yox idi. Yalnız qanaxmanın olduğunu gördüm. Damar yolu açıldı, oksigen verildi və xəstə stasionara qaldırıldı. Daha sonra təcili tibbi yardım çağırıldı”, – deyə həkim bildirib.

Onun sözlərinə görə, xəstə təcili tibbi yardım avtomobili ilə Sabunçu Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub və yolda həyatını itirməyib: “Xəstə Sabunçu Rayon Mərkəzi Xəstəxanasına sağ-salamat çatdırılıb. O, yolda həyatını itirməyib və ya hər hansı başqa hadisə baş verməyib”.

Mərhumun ev şəraitində və yaxud hansısa klinikada abort etdirdiyi hələlik məlum deyil.

Bəs ümumiyyətlə, hamiləliyin hansı mərhələsində və hansı hallarda sonlandırılmasına icazə verilir?

Ginekoloq Rəşad Sultanın sözlərinə görə, hamiləliyin dörd-altıncı aylarında sonlandırılması daha riskli prosedur hesab olunur. Bu mərhələdə güclü qanaxma və digər ağırlaşmaların yaranma riski daha yüksəkdir:

“Əgər döldə qüsur aşkar edilərsə, müəyyən hallarda hamiləliyin sonlandırılması mümkündür. Bunun üçün hamilə qadının razılığı və tibbi konsiliumun qərarı tələb olunur. Dörd-altı aylıq hamiləliyin sonlandırılması daha çox risk daşıyan prosedurdur. Güclü qanaxma və digər ağırlaşmalar yarana bilər”.

Banner
“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

Hadisə
24 oktyabr 2026 278 baxış
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 278 baxış
Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Hadisə
24 oktyabr 2026 278 baxış
Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Hadisə
24 oktyabr 2026 278 baxış
Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 278 baxış
Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Hadisə
23 oktyabr 2026 278 baxış
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 278 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 278 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 278 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 278 baxış
Seçilmişlər
icon