Pleyeri seçin:

“Burada qalırdılar, vaqonda da yanıblar” | Müəmmalı hadisədə ölən şəxslər kimlərdir?

17 noyabr 2025 558 baxış

Məişət tullantıları poliqonunda meyiti tapılan 2 nəfərin şəxsiyyəti müəyyən olunub.

Həmin şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri – 55 yaşlı Sərraf Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduğu bildirilir.

Mərhum Əmrah Bədirovun qardaşı bildirib ki, hər iki şəxs vaqonda yanıb:

“İkisi də burada həm işləyirdi, həm də yaşayırdı. Çox ağır hadisədir. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb. Sakit adam idi”.

Qeyd edək ki, ölən şəxslərin məişət tullantıları poliqonunun yaxınlığında yerləşən fermada gözətçi işlədiyi bildirilirdi.

Sözügedən fermanın sahibi Namik Əhmədov bildirib ki, hadisənin fermaya heç bir aidiyyəti yoxdur.

Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçiriblər və hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən günü gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olublar və orada isinmək üçün od qalayıblar. Yəqin ki, hadisə bundan sonra baş verib.

Namik Əhmədov onu da qeyd edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb gündəlik qazanc əldə ediblər.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu, Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Dişini çəkdirdi, canından oldu | “Ayıbdır, boynuna almır, uşağım qışqıranda deyib ki...” - Baku TV

Hadisə
24 sentyabr 2026 558 baxış
Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Dəhşətə gətirən hadisə | Vətəndaş həkim səhvinin qurbanı oldu? - Baku TV CANLI

Hadisə
24 sentyabr 2026 558 baxış
Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Qubada iki kəndi birləşdirən yolda qorxulu vəziyyət - Baku TV

Hadisə
24 sentyabr 2026 558 baxış
Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT

Körpəni öldürdü, meyiti tualetin quyusuna atdı | Naxçıvanda dəhşətli cinayət - 24 SAAT

Hadisə
23 sentyabr 2026 558 baxış
Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 558 baxış
Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV

Hadisə
23 sentyabr 2026 558 baxış
Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI

Hadisə
23 sentyabr 2026 558 baxış
Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV

Hadisə
23 sentyabr 2026 558 baxış
2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT

Hadisə
22 sentyabr 2026 558 baxış
Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət: Sürücülər nə etməlidir? - Baku TV CANLI

Hadisə
22 sentyabr 2026 558 baxış
Seçilmişlər
icon