Lənkəranda faciəvi qəza | Mikroavtobus yük avtomobili ilə toqquşdu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda “Mercedes Vito” markalı mikroavtobusla yük avtomobili toqquşub, iki nəfər həyatını itirib.
Hadisə sentyabrın 16-da axşam saatlarında yeni Ələt-Astara magistralında, yolun 155-ci kilometrliyində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Şıxakəran kənd sakini, 42 yaşlı Amid Məmmədovun idarə etdiyi mikroavtobus İranın Astara şəhər sakini Aydın Riyazinin idarə etdiyi yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda sərnişin qismində olan iki nəfər Şıxakəran kənd sakini, 64 yaşlı Gülnaz Ağayeva və Aşağı Nüvədi kənd sakini olan başqa bir şəxs hadisə yerində həyatını itirib.
48 yaşlı Gülnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır qiymətləndirilən yaralı Reanimasiya şöbəsinə yerləşdirilib.
Yük avtomobilinin sürücüsü qəzanın necə baş verdiyini belə izah edib: “Hərəkətdə olanda maşınımdan səs gəldi. Dönmə işığını yandırdım ki, yavaş-yavaş maşını kənara çəkib saxlayım. Anidən mikroavtobus tormozsuz gəlib maşının altına girdi”.
Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
