Pleyeri seçin:

“Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV

13 oktyabr 2026 106 baxış

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Zərifə Əliyeva küçəsində yerləşən binanın blokunda qeydə alınıb.

34 yaşlı Allahşükür Ağazadənin həyat yoldaşı 29 yaşlı Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirdiyi bildirilir.

Məlumata görə, kişi hadisə zamanı anasının qucağında olan 3 yaşlı oğluna da bıçaq zərbələri endirib.

Rəvanə Ağazadənin atası Baku TV-yə açıqlamasında hadisənin təfərrüatlarını danışıb.

“Rəvanəni bir müddətdir izləyirmiş. Qızım uşağı hər gün səhər bağçaya aparır, axşam işdən çıxanda isə götürürdü. Hadisə də Rəvanə uşağını bağçaya apararkən baş verib. Allahşükür blokda qarşısını kəsərək onları bıçaqlayıb”, – deyə o bildirib.

TƏBİB-dən verilən məlumata görə, oktyabrın 13-də saat 08:10 radələrində iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qarın boşluğunun və döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, həmçinin hipovolemik şok diaqnozları qoyulub.

Hər iki zərərçəkənə zəruri tibbi yardım göstərilib. 2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. 1997-ci il təvəllüdlü qadın isə əməliyyata alınıb, cərrahi müdaxilə davam edir. Məlumata görə, Rəvanə Ağazadə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükür Ağazadənin etirazından sonra məhkəmə onlara möhlət verib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Banner
Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Sumqayıtdakı bağçada qorxulu hadisə yaşandı - Baku TV CANLI

Hadisə
16 oktyabr 2026 106 baxış
Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Ailə qurmağa hazırlaşırdı, amma... | 20 yaşlı Rəşadın yarım qalan arzuları - Baku TV

Hadisə
15 oktyabr 2026 106 baxış
“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

“Gözlənilməz bir şey oldu” | Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən gənc vəfat etdi - Baku TV

Hadisə
15 oktyabr 2026 106 baxış
Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Atasının qətlində təqsirli bilinən Ayxan Vəlizadə barədə hansı qərar verildi? - Baku TV

Hadisə
15 oktyabr 2026 106 baxış
Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV

Hadisə
14 oktyabr 2026 106 baxış
Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Dərmanların keyfiyyətinə kim nəzarət edir? - Sumqayıtdakı hadisənin səbəbi - Baku TV

Hadisə
14 oktyabr 2026 106 baxış
Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Məhkəmədən plastik cərrah Türkan Gündüzü qətlə yetirən əri barədə qərar - Baku TV

Hadisə
14 oktyabr 2026 106 baxış
Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV

Təqsirləndirilən şəxslərin xarici rəsmilərin güdülməsinə cəlb olunduğu bildirilib - Baku TV

Hadisə
14 oktyabr 2026 106 baxış
Müəllimin qətlindən yeni təfərrüat | Ailə münaqişəsi necə qanlı cinayətə çevrildi? - Baku TV

Müəllimin qətlindən yeni təfərrüat | Ailə münaqişəsi necə qanlı cinayətə çevrildi? - Baku TV

Hadisə
14 oktyabr 2026 106 baxış
Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT

Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT

Hadisə
13 oktyabr 2026 106 baxış
Seçilmişlər
icon