Pleyeri seçin:
Daha bir heyvan otaran şəxs Tərtərdə minaya düşdü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə heyvan otaran şəxs minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, səhər saatlarında əvvəllər təmas xətti olmuş Tərtərdə baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 58 yaşlı Azər Məmmədov sol ayağından xəsarət alıb.
Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, digər zəruri istintaq hərəkətləri aparılır. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, Tərtərdə mina partlayışı ilə bağlı polisə də məlumat daxil olub. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Kopyalandı
#Mina partlayışı teqi istifadə olunub
- Neft tankeri minaya düşüb, yoxsa vurulub?
- Cəbrayılda bir gündə iki mina partlayışı baş verib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Cəbrayılda mina partlayışı baş verdi | Xəsarətalan var - ANA XƏBƏR
- İşğaldan azad edilmiş ərazidə növbəti mina partlayışı baş verib - 24 SAAT
