Pleyeri seçin:

Dəhşətli cinayət | Qətlə yetirilən şəxsin meyiti başqa rayondan tapıldı - Baku TV

25 sentyabr 2026 63 baxış

Bir neçə gün əvvəl Qusar rayonunun Əvəcuğ kəndi yaxınlığındakı meşəlik ərazidə 50 yaşlı Səadət Həsənovanın meyitinin tapılması ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yayılan məlumatlarda qadının qeyri-rəsmi münasibətdə olduğu 27 yaşlı Kamran Seyidov tərəfindən qətlə yetirildiyi bildirilsə də, bu iddia Səadət Həsənovanın ailə üzvləri və övladları tərəfindən təkzib edilib.

Qadının qardaşının sözlərinə görə, Səadət Həsənova Bakıda restoranların birində aşpaz işləyib. Kamran Seyidov da həmin restoranda çalışıb və onların tanışlığı iş yerindən başlayıb. Onun sözlərinə görə, aralarında qeyri-rəsmi münasibət olmayıb.

Qardaşının iddiasına əsasən, hadisə günü Səadət Həsənova işdən evə gedərkən Kamran Seyidov ona arxadan yaxınlaşaraq bıçaqla ürək nahiyəsindən xəsarət yetirib. Daha sonra qadının meyiti Qusar rayonundakı meşəlik əraziyə aparılaraq oraya atılıb.

Qadının qardaşı cinayətin tamah məqsədilə törədildiyini də iddia edib. Onun sözlərinə görə, Səadət Həsənovanın boynunda olan təxminən 70 qramlıq qızıl boyunbağı da götürülüb.

Məlumata görə, Kamran Seyidov 2024-cü ildə təyyarə qəzasında həyatını itirən qusarlı Xədicə və Əli Əlimirzəyevin ögey qardaşıdır.

Qadının qardaşı iddia edir ki, K.Seyidov onların ölümündən sonra özünü birinci dərəcəli varis kimi təqdim edərək kompensasiya tələb edib.

Cinayəti törətməkdə şübhəli bilinən 27 yaşlı Kamran Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Ahılları hədəf seçib, kartdakı pulları ələ keçirdi - ANA XƏBƏR

Ahılları hədəf seçib, kartdakı pulları ələ keçirdi - ANA XƏBƏR

Hadisə
26 sentyabr 2026 63 baxış
Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI

Astara gömrük postunda əməliyyat keçirildi | Yük maşını saxlanıldı - Baku TV CANLI

Hadisə
26 sentyabr 2026 63 baxış
Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI

Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI

Hadisə
26 sentyabr 2026 63 baxış
Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Rusiyada törədilən ağır cinayət üzrə iki Azərbaycan vətəndaşına hökm oxundu - Baku TV

Hadisə
25 sentyabr 2026 63 baxış
NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

NZS-də yanğın | Təkər tullantılarının toplandığı sahəni alov bürüdü - Baku TV

Hadisə
25 sentyabr 2026 63 baxış
Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Yevlaxın Aran qəsəbəsində 53 yaşlı sakinin meyiti su arxında tapıldı - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 63 baxış
Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Qusarda tapılan qadın meyiti ilə bağlı hansı təfərrüatlar üzə çıxıb? - ANA XƏBƏR

Hadisə
25 sentyabr 2026 63 baxış
Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI

Hadisə
25 sentyabr 2026 63 baxış
Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
25 sentyabr 2026 63 baxış
"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

"Sakinlər deyir ki, belə şey olmamışdı" | NZS qəsəbəsindəki yanğından anbaan görüntülər - Baku TV

Hadisə
25 sentyabr 2026 63 baxış
Seçilmişlər
icon