Pleyeri seçin:

DİN Nardaran və Bakıxanovda əməliyyat keçirdi

05 iyun 2023 513 baxış

Daxili İşlər Nazirliyi Nardaran və Bakıxanovda əməliyyatlar keçirib. Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.

Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik maddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.

Məlumatda qeyd edilib ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Banner
Gəncədə dəhşət | Meyiti tapılan dostları canından edən nə olub? - Baku TV CANLI

Gəncədə dəhşət | Meyiti tapılan dostları canından edən nə olub? - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 513 baxış
Bakıda baş verən kütləvi dava barədə təcili məlumat - Baku TV CANLI

Bakıda baş verən kütləvi dava barədə təcili məlumat - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 513 baxış
“2 nəfəri bıçaqlayıb, sonra...” | Hadisə şahidi Nərimanovdakı kütləvi davadan danışdı - Baku TV

“2 nəfəri bıçaqlayıb, sonra...” | Hadisə şahidi Nərimanovdakı kütləvi davadan danışdı - Baku TV

Hadisə
13 noyabr 2026 513 baxış
Gəncədə dəhşətə gətirən hadisə | Evdən meyiti tapılan dostların ölüm səbəbi - Baku TV

Gəncədə dəhşətə gətirən hadisə | Evdən meyiti tapılan dostların ölüm səbəbi - Baku TV

Hadisə
13 noyabr 2026 513 baxış
Nəvəsinin andiçməsindən sonra itkin düşən Mirzəcan kişinin ölümünün təfərrüatı - Baku TV CANLI

Nəvəsinin andiçməsindən sonra itkin düşən Mirzəcan kişinin ölümünün təfərrüatı - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 513 baxış
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan Hüseynovla bağlı yeni detallar - Baku TV

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan Hüseynovla bağlı yeni detallar - Baku TV

Hadisə
13 noyabr 2026 513 baxış
Narkotik vasitə qəbul edən sürücü yolda təhlükə saçdı - Baku TV CANLI

Narkotik vasitə qəbul edən sürücü yolda təhlükə saçdı - Baku TV CANLI

Hadisə
13 noyabr 2026 513 baxış
Nərimanovda aləm bir-birinə dəydi | Kütləvi davanın sonu dəhşətli oldu - Baku TV

Nərimanovda aləm bir-birinə dəydi | Kütləvi davanın sonu dəhşətli oldu - Baku TV

Hadisə
13 noyabr 2026 513 baxış
"Məclis.info" rəhbəri hakim qarşısında | Məhkəmə qərarı açıqlandı - Baku TV

"Məclis.info" rəhbəri hakim qarşısında | Məhkəmə qərarı açıqlandı - Baku TV

Hadisə
13 noyabr 2026 513 baxış
Kiş kəndində meşədə nə baş verib? | DİN və ETSN-nin keçirdiyi birgə əməliyyatın detalları - Baku TV

Kiş kəndində meşədə nə baş verib? | DİN və ETSN-nin keçirdiyi birgə əməliyyatın detalları - Baku TV

Hadisə
12 noyabr 2026 513 baxış
Seçilmişlər
icon