Pleyeri seçin:
DİN Zığda baş verən kütləvi davanın rəsmi detallarını açıqladı - Baku TV
İyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.
Son məlumata görə, hadisə iştirakçılarından 7 nəfər saxlanılıb.
Fakta bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Kopyalandı
#Suraxanı teqi istifadə olunub
- Suraxanıda bədbəxt hadisə | Ev uçdu, bir nəfər öldü - Baku TV
- Suraxanıda yaşayış evində uçqun olub | Ölən və yaralanan var - Baku TV
- Suraxanı sakinləri dayanacaqsız qaldı | Yağışın altında avtobus gözləyirlər - Baku TV
- Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV
- 10 ildir Qaraçuxur sakinlərinin gününü qara edən problem niyə həll edilmir? - Baku TV
