DSX məlumat yaydı | Sərhəddəki əməliyyatın detalları
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Məlumatı Dövlət Sərhəd Xidməti yayıb.
Bildirilib ki, Dövlət Sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqramdan çox narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Belə ki, sərhəd dəstəsinin xidməti ərazisində mayın 1-də 16 kiloqram 550 qram, mayın 2-də isə 8 kiloqram 118 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinə cəhd göstərilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Dövlət Sərhəd Xidməti teqi istifadə olunub
- Qarabağ atları, milli musiqimiz və rəqslərimiz Əbu-Dabidə tamaşaçıları valeh etdi - Baku TV
- "Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 4 il ötür
- "Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 4 il ötür
- Qorxulu anlar yaşandı, atəş açıldı | Xəzər dənizində nə baş verir?
- Azərbaycana narkotik keçirməyə çalışanların planı alt-üst oldu - CANLI
