Naxçıvanda dəhşətli hadisə | Ahıl qadın xəsarət aldı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb.
Sədərək rayonunun Dəmirçi kənd sakini, 1963-cü il təvəllüdlü Aləmzar Abbasova bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı qadının həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zakir Abbasov şübhəli şəxs qismində saxlanılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Azər Məmmədovun verdiyi məlumata görə, Aləmzar Abbasova ailə-məişət zəminində həyat yoldaşı tərəfindən döyülüb və ağır vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib:
“Xəstənin ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir. Ona kəllə-beyin travması, baş beyin əzilməsi, üz sümüklərinin sınığı, eləcə də bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir”.
#Naxçıvan Muxtar Respublikası teqi istifadə olunub
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
- Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV
- Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV
- Duz ehtiyatları ilə bağlı qalmaqallı iddia | Eyyub Hüseynov danışdı
- “Şübhələnirlər ki, içindəki bu naməlum maddə...” | Naxçıvanda duz ehtiyatları tükənib? - Baku TV
