Pleyeri seçin:
DTX-dən Bakıda təcili əməliyyat | Şəbəkənin bütün əməlləri üzə çıxdı
Dövlət Təhlükəsizliyi Xidməti imtahanlarda fırıldaqçılıq edən şəbəkə iştirakçılarını saxlayıb.
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.
Şəbəkə üzvləri Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında DTX tərəfindən keçirilmiş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.
O da bildirilib ki, sözügedən əməliyyat bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.
Kopyalandı
#Dövlət Təhlükəsizliyi Xidməti teqi istifadə olunub
- Prezidentin ailəsini şantaj edən şəxs kimdir? | DTX-dən əməliyyat - 24 SAAT
- DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - Baku TV
- SEPAH-ın planlaşdırdığı terror aktlarının qarşısı alınıb
- Bakıda terrora hazırlıq: DTX SEPAH-ın izini sildi - Baku TV
- Terrorçuluq əməlləri törətmək istəyən şəxslərin məhkəməsi - Baku TV
