Pleyeri seçin:

Əli ətçəkən maşında qalan uşaq üçün 8 saatlıq mübarizə | Gəncədə dəhşət - Baku TV

03 sentyabr 2026 208 baxış

Gəncədə 3 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Belə ki, azyaşlının sol əli yemək hazırlanarkən ətçəkən maşında sıxılıb.

Uşağın atası İmaməli Dünyamalıyevin sözlərinə görə, həmin vaxt evdə elektrik xəttində qısaqapanma yaranıb. Valideynlər nasazlığı aradan qaldırmağa çalışarkən uşaq nəzarətsiz qalıb və əlini ətçəkən maşına salıb.

Hadisə ilə bağlı TƏBİB-ə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. FHN əməkdaşları xüsusi avadanlıqların köməyi ilə uşağın əlini cihazdan çıxarıblar.

Uşaq sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranan ağır travmatik amputasiya ilə hadisədən 7 saat sonra Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına çatdırılıb. Əməliyyat təxminən 8 saat davam edib.

“Bu, vaxtla yarış tələb edən çox mürəkkəb proses idi. Uşağın işarət, orta və üzük barmaqlarını qidalandıran damarlar, eləcə də barmaqların hərəkətini təmin edən vətərlər tamamilə qopmuşdu. Hazırda vəziyyəti çox yaxşıdır. Gülür, bizimlə ünsiyyət qurur və əlini hərəkət etdirir”, – deyə əməliyyatı həyata keçirən plastik, rekonstruktiv və estetik cərrah Dilqəm Məmmədov bildirib.

Kopyalandı
Banner
“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

“Həbsə girib-çıxır, olan mənə olur” | Dayıoğlu və bibioğlu arasında qalmaqallı hadisə - Baku TV

Hadisə
24 oktyabr 2026 208 baxış
Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 208 baxış
Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV

Hadisə
24 oktyabr 2026 208 baxış
Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Bakıda hoteldə dəhşətli qətl | Oğlan “Günel” ləqəbli kişi ilə görüşə gedəndə isə... - Baku TV

Hadisə
24 oktyabr 2026 208 baxış
Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Paytaxtda qanlı hadisə | Kafedə aləm bir-birinə dəydi - Baku TV CANLI

Hadisə
24 oktyabr 2026 208 baxış
Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Qonşu kənddə işə getmişdi, amma qayıtmadı | Salyanda ölümlə nəticələnən bədbəxt hadisə - Baku TV

Hadisə
23 oktyabr 2026 208 baxış
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 208 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 208 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 208 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 208 baxış
Seçilmişlər
icon